Bu fikirləri ARB24-ə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev səsləndirib.
Millər vəkili bildirib ki, bəli, bu illər ərzində Ermənistan xarici siyasətinin və Ermənistanın havadarlarının Türkiyəyə qarşı əlində bir alət olub. Mən şəxsən Azərbaycan xarici işlər nazirliyində çalışdığım dövrdə həm Kanadada, həm Çexiyada Azərbaycan səfirliyində işləmişəm. Həmin dövrlərdə erməni diasporunun, erməni səfirliyinin yalnız bir işi var idi; Ermənistan səfirləri olduqları ölkələrdə “erməni soyqırımı məsələsi”ni qeyd etmək, “erməni soyqırımı məsələsi” üzərindən siyasətlərini qurmaq və ölkələrdə bununla bağlı iş aparmaq. Sözün açığı, bundan həm avropalılar bezib, həm Qərb bezib: “İndiki halda xüsusilə Türkiyənin gücünün daha çox böyüdüyü bir vaxtda, NATO-nun demək olar ki, ən böyük güclərindən biri olduğu vaxtda, Amerikanın Türkiyə ilə münasibətlərini nəzərə alsaq, Avropanın isə daha çox böhran içində olduğu vaxtda artıq erməni diasporu və ya ermənlərin havadarları “soyqırımı” məsələsi ilə bağlı xüsusi hansısa bir addımlar atmaq, hansısa Türkiyəyə təzyiq etmək gücündə və marağında deyillər. Bunun arxasında yenə də Fransa durur. Amma bu Ermənistana heç nə vəd etmir. Ona görə də mən düşünürəm ki, ola bilsin ki, bu dəfə Paşinyan öz sələflərindən fərqli olaraq daha yumsaq, yəni Türkiyəni qıcıqlandırmayan bir variant seçə bilər. Ola bilər ki, getsin hansısa bir abidə önünə çıxsın, əkil qoysun. Ancaq qətiyyən mən inanmıram ki, o, sərt sözlərdən istifadə etsin. Türkiyəni ittiham edən, “erməni soyqırımı”nı xüsusi qabardan sözlərdən istifadə etməyəcək. Bu da başa düşüləndir. Çünki Türkiyə ilə belə dildə danışmaq Ermənistana heç bir divident gətirmir, əksinə Ermənistanı daha da divarın güncünə qısnayacaq bir hərəkət olacaq”.
Tahirə AĞAMİRZƏ