Bunu Milli Məclisin deputatı Tural Gəncəliyev açıqlamasında deyib.
Millət vəkili bildirib ki, bunun bir səbəbi var: Azərbaycanın güclü Lideri, müstəqil siyasəti, torpaqları üzərində tam suverenliyini bərpa etməsi: “Bunun nəticəsində bu gün tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunun həmsərd ölkələrində Fransa və ABŞ başda olmaqla, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası ABŞ Dövlət Departamentindən maliyyələşən “QHT”-lər Cənubi Qafqazda və ümumiyyətlə, dünyanın müxtəlif yerlərində xaos yaratmaq, ölkələrin suvernliyinə qarşı fəaliyyət göstərməkdən ötrü yarışa çıxıblar”.
Deputat sonra əlavə edib ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanla bağlı “İnsan hüquqları” mövzusunda müzakir keçirib: “Absurdizmin ən yüksək səviyyəsi idi ki, Azərbaycanın iştirakı olmadan belə bir müzakirə oldu. Necə olur ki, bəs, AŞPA-nın dəyəri, prinsipləri dialoq üzərində qurulmuşdu və bunu həmişə bəyan edirlər. Ancaq Azərbaycanın iştirakı olmadan və yaxud da ki, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə məsul əməkdaşlıq komitəsinə sırf ermənipərəst və Azərbaycanfob fransız deputat Natali Luazo təyin edilmişdir. Bu, həmin o Natali Luazudur ki, biz keçən illər ərzində dəfələrlə ona çağırış etmişik ki, gəlin, Azərbaycan nümayəndə heyətilə bir görüş keçirək. O isə bir dəfə də olsun bizə cavab verməyib. Bu nə cür dialoq oldu, nə cür platforma oldu?”
Millət vəkili daha sonra vurğulayıb ki, həmin Natali Luazo ümumiyyətlə, Azərbaycanfob olmaqla yanaşı, Avropa Parlamentində ən böyük korrupsionerlərdən biridir və yaxud da ki, ABŞ dövlət departamentinə ABŞ konqresmenlərinin göndərdiyi məktub: “Təbii ki, bu məktubu elə ABŞ dövlət departamentinin dövlət katibi yazmışdır və Azərbycana qarşı təzyiq kimi düşünürlər. Təbii ki, səhv düşüncədədirlər və onların əlaltıları olan “QHT”-lər Cənubi Qafqazda at oynatmağa çalışırlar. Azərbaycan burda yeganə ölkədir ki, onların qarşısını alır. Ermənistan zatən onların “işğalındadır”. ABŞ-ın dünyada ən böyük səfirliklərindən biri İrəvanda fəaliyyət göstərir və İrəvada 2000-ə yaxın ABŞ diplomatları arasında əksəri bax, bu QHT-lərə xidmət edən casus şəbəkəsinin nümayəndələridir. Təbii ki, biz Azərbaycan deputatı olaraq öz fikirlərimizi məktub vasitəsi ilə müraciət etdik, ümidvarıq ki, müsbət nəticələr olacaq”,- deyə Tural Gəncəliyev fikrini tamamlayıb.
Tahirə AĞAMİRZƏ