07.04.2026, 18:44
AZ EN
07.04.2026, 16:06 84

ANAMA rəsmisi: "Minatəmizləmə prosesində yeni innovasiyalardan istifadə edilir"

XƏBƏRLƏR
  • Hazırda minatəmizləmə prosesində yeni innovasiyalardan istifadə olunur. Kəşfiyyat mərhələsində ərazilər dronlar vasitəsilə qiymətləndirilir və əldə edilən məlumatlar əsasında təmizləmə üçün müəyyən olunmuş metodologiyadan istifadə edilir.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyatların Koordinasiyası idarəsinin rəisi Rahib Quliyev bu gün Bakıda ANAMA ilə Gənclər Fondunun tərəfdaşlığı, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən “Böyük Qayıdış naminə təhlükəsiz gələcək” adlı forum çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, bu yanaşma əməliyyatların daha təhlükəsiz, dəqiq və səmərəli həyata keçirilməsinə imkan yaradır:"Əməliyyatlar zamanı əsasən işlərin sürətli aparılması üçün mexaniki minatəmizləmə vasitələrindən və mina axtaran itlərdən istifadə olunur. Mexaniki minatəmizləmə vasitələri əsas təmizləmə vasitələri deyil, onlar prosesin sürətləndirilməsi məqsədilə torpağın yumşaldılması, bitki örtüyünün azaldılması və riskin minimuma endirilməsi üçün tətbiq olunur. Bu texnikalar üzərində daim təkmilləşdirmə işləri aparılır ki, daha effektiv nəticə əldə olunsun və mina partlayışı riski minimuma endirilsin. Təcrübəmizdə, həmçinin minaaxtaran siçovullardan istifadə də var", - deyə o əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər