Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.
Kitablar Ağcabədidəki "Cümə", "Seyid İsmayıl Ağa" (Muğanlı kəndi), "Heydər" (Salmanbəyli kəndi) və Hindarx qəsəbəsi, Tərtərdəki "Cümə" və Əskipara kəndi, Füzulidəki Böyük Bəhmənli kənd, həmçinin, Cəbrayıldakı Cocuq Mərcanlı kənd məscidlərinə bağışlanıb.
Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi "Hər məsciddə kitabxana" layihəsinin məqsədi milli-mənəvi dəyərlərin cəmiyyətə çatdırılması, xüsusilə də gənclər arasında oxu vərdişlərinin artırılması, həmçinin məscidlərin yalnız ibadət məkanı kimi deyil, həm də ictimai-mədəni fəaliyyətlərin həyata keçirildiyi mərkəzlərə çevrilməsinə dəstək verməkdir.
2025-ci ildə ölkənin müxtəlif bölgələrində yerləşən 250 məscid kitabxana ilə təmin edilib.
Layihənin cari ildə də davam etdirilməsi planlaşdırılır. (Report)