22.12.2024, 21:28
AZ EN
01.07.2022, 16:35 427

Erməni qorxaqlığı davam edir

YAZILAR
  • İyun ayının son həftəsi də Ermənistan siyasətində və cəmiyyətində bir sıra olaylarla mətbuatın diqqət mərkəzində durub.

Ermənistan və Türkiyə danışıqları üzrə xüsusi nümayəndələrin iyul ayının 1-də baş tutan görüşü barədə müxtəlif fikirlər səslənməkdədir. Müxalifət ənənəvi olaraq sözügedən görüşün Ermənistan üçün heç bir fayda verməyəcəyini bildirsə də iqtidar komandası və ayrı-ayrı siyasətçilər dünyanın indi yeni reallıqlarla yaşadığını və Ermənistanın da bu reallığa qoşulmasının tərəfdarı olduğunu vurğulayırlar.

Aprel ayının ortalarından indiyədək Ermənistan parlamentinin iclaslarında iştirak etmədiklərinə görə dəfələrlə spiker Alen Simonyan tərəfindən intizama dəvət edilsələr də öz mövqelərindən geri çəkilməyən müxalif deputatlar barədə mövcud nizamnaməyə uyğun olaraq cəza tədbirlərinin ələ alınması barədə yazılar da son həftənin aparıcı mövzularındandır. Parlamentin sədri A.Simonyan intizamı daha çox pozan 11 deputatın cəzalandırılacığını, yəni deputat mandatından məhrum ediləcəyini bildirərkən xüsusi vurğulayıb ki, «Badiv unem» fraksiyasının rəhbəri Artur Vanetsyan özü istefa ərizəsin yazdığına görə qalan 10 deputat, xüsusilə Ermənistan parlamentinin sədr müavini daşnak İşxan Sağatelyanın və İqtisadi məsələlər komissiyasının sədri Vahe Hakopyanın mandatdan məhrum edilməsinin vacibdir. O, bildirib ki, İşxan Sağatelyan və Vahe Hakopyan üzürsüz səbəbə görə 150-dən çox səsvermədə iştirak etməyiblər, bu isə həm siyasi, həm iqtisadi, həm də digər məsələlərdə seçicilərin gözləntilərinin hesaba alınmaması deməkdir. Bununla bağlı şərhlərdə də müxtəlif fikirlər səsləndirilir. Məsələn, Araqsiya Hovanesyan yazıb ki, deputatın vəzifəsi parlamentin iclaslarında iştirak etməklə müzakirə olunan bu və ya digər məsələ barədə bir mütəxəssi kimi öz mövqeyini açıqlamasıdır. Amma müxalif deputatlar iclaslarda iştirak etmədən xalqın vergisi hesabına formalaşmış büdcədən maaş almaqla sanki qanuni oğru olduqlarını nümayiş etdirirlər. «Belə çıxır ki, biz onları yalnız Ermənistan iqtidarını, Türkiyəni və Azərbaycanı söymək üçün deputat seçmişik» - deyə, A. Hovanesyan həmin deputatların mandat daşımağa haqqı olmadığını bildirib. Qeyd edək ki, hər iki deputat iyulun 1-də  günorta tutduqları vəzifələrdən azad ediliblər.

Məlum olduğu kimi, ötən ilin avqust ayından indiyədək 3 aydan bir ehtiyatda olan hərbiçilər təlim-məşq toplanışı adı ilə Azərbaycanla həmsərhəd ərazilərdə xidmətə cəlb olunurlar. Bu günlərdə növbəti təlim-məşq adı ilə ehtiyatda olan 1444 adama çağırış vərəqələri paylanılıb. Onların 40 nəfərdən çoxu müxalifət hərəkatının fəallarıdır. Erməni müxalifəti vətənpərvərlik barədə pafoslu ifadələr işlətsə də bu dövlət tədbirində müxtəlif bəhanələrlə iştirak etməmək istəyir. Müxalifət liderlərindən olan deputat Geğam Manukyan isə mətbuata bildirib ki, həmin fəalların hərbi xidmətə çağırılması müxalifətə təsir vasitələrindən biridir. Aprelin ortalarından parlamentin iclaslarında iştirak etməyən bu özündənrazı deputat iyulun 1-də yenə də Paşinyanın istefasını tələb edib. Nizam-intizamı pozan deputatların mandatdan məhrum ediləcəyinə qarşı kəskin mövqe bildirib və gülməlidə olsa, deyib ki, «biz parlamentə yalnız öz gündəliyimizlə gələcəyik». Xatırladaq ki, erməni müxalif deputatların gündəliyindəki məsələlər həyata keçirilərsə, ölkə olub qalan hər şeyini, o cümlədən müstəqilliyini itirə bilər. Nikol Paşinyanın son vaxtlardakı çıxışlarına da bir qayda olaraq qara eynək arxasından baxan erməni müxalifəti inanır ki, parlamentdə ona etimadsızlıq məsələsi qaldırmaqla istefaya getməsinə nail olacaqlar. Bu fikirlər isə həm iqtidar komandası, həm də müstəqil siyasətçilər tərəfindən qeyri-ciddi qəbul olunub.

İyun ayının son günlərinin olayları sırasında respublikanın baş prokurorunun seçilməsi də erməni mətbuatının geniş şərh etdiyi mövzulardandır. İyunun 29-da parlamentdə Nikol Paşinyanın dövlət quruculuğu və hüquqi-siyasət məsələləri üzrə köməkçisi Anna Vartapetyanın baş prokurorluğa namizədliyi müzakirə olunub. 1986-cı ildə anadan olmuş A.Vartapetyan orta məktəbi qızıl medalla bitirib, hüquq elmləri namizədidir. Bir sıra yüksək vəzifələrdə çalışıb. Ermənistan dövlət universitetində müəllim işləyib. O, parlamentə təqdim etdiyi bəyannamədə özünün və həyat yoldaşının nə qədər sərvəti olduğunu sənədlərlə açıqladıqdan sonra deputatların əksəriyyətinin səsini qazanıb. Xatırladaq ki, fəaliyyətdə olan indiki baş prokurorun səlahiyyət müddəti sentyabrın 16-da bitir. Bu olayla bağlı yazılan bir şərhdə göstərilir ki, müstəqillik dövründə Ermənistanın ilk baş prokuroru öldürülüb, digər ikisi rüşvətə görə həbs edilib. Anna Vartapetyanın isə N.Paşinyan komandasının üzvü kimi necə işləyəcəyi gələcəkdə məlum olacaq.

Azərbaycanda baş verən tərəqqi də erməni mətbuatında paxıllıqla qeyd olunan mövzularındandır. Laçın dəhlizi ilə bağlı şərhləri isə oxuduqca istər-istəməz düşünürsən ki, ermənilərin genetik xəstəliyi sağalan deyil və mitinqlərdə pafosla çıxış edənlərin indi hərbi təlim tədbirlərindən yayınmağa çalışmaları erməni qorxaqlığının növbəti təzahürüdür.  

Nəsib QARAMANLI

Oxşar xəbərlər