02.08.2025, 20:03
AZ EN
11.05.2025, 14:25 161

Ağdamın Kəngərli kəndində 120 yerlik körpələr evi - uşaq bağçası fəaliyyət göstərəcək

QARABAĞ
  • Ağdamın Kəngərli kəndində 120 yerlik körpələr evi - uşaq bağçası fəaliyyət göstərəcək.

Bunu açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.

"Kəngərli kəndində fəaliyyət göstərəcək körpələr evi - uşaq bağçası müasir standartlara uyğun inşa edilib. Bina 1 yeraltı, 2 yerüstü mərtəbədən ibarətdir. 120 yerlik körpələr - uşaq bağçasında azyaşlıların təlim - tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub.

Körpələr evi - uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək. Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb", - L.Sərabi vurğulayıb. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR