"Bundan sonra bizim bəyanatları kimsə qulaqardına vurmasın.Tarix də verdik, Novruz hədiyyəsi də söz verdik, xeyri olmadı. Bunu nə rus kontingenti, nə erməni silahlısı anlamaq istəmədi. Əsgərimiz isə vəzifəsini layiqincə yerinə yetirdi. Kimsə unutmasin: Sözümüz imzamızdır!". Bunu hərbi ekspert Ədalət Verdiyev mətbuata açıqlamasında bildirib. Ekspert qeyd edib ki, Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq edib ki, Ermənistanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərə silah-sursat daşınması qəbuledilməzdir:
“Əfsus ki, Azərbaycan tərəfindən səslənən bəyanatlara reaksiya verilmədiyi azmış kimi sülhməramlılar bu prosesdə ermənilərə açıq şəkildə şərait yaradır. Azərbaycan bu halla barışa bilməzdi. İstənilən halda sülhməramlı kontingentin funksiyası bitərəf olmalıdır.
Baş verən son hadisələrin məsuliyyətini birbaşa rus kontingenti və Ermənistan daşıyır. Artıq Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında XTQ nəzarəti təmin edib. Ermənilər bundan sonra bir güllə də atsalar, yerindəcə məhv ediləcək”,- deyə Ə.Verdiyev vurğulayıb.
Tahirə AĞAMİRZƏ