Qarabağ separatçılarının reallığı dərk etməmə xəstəliyi davam edir. Bu gün Xankəndidə mitinq keçirmək üçün dünəndən bəri dəridən-qabıqdan çıxan psevdo general Samvel Babayan "Hraparak"ın məlumatına görə meydana 100 nəfər də toplaya bilməyib. O, oradakılara deyib ki, məqsədimiz kiminsə istefasına nail olub onun yerinə gəlmək deyil. İstəyirik ki, dünən Brüsseldəki görüşdə Azərbaycan və Ermənistanın əraziləri barədə səslənən fikirlərə münasibət bildirək. "Biz öz taleyimizin yolu ilə getməliyik"-, deyə o, sakinləri yenə də pafoslu sözlərlə, belə demək olarsa, dəmir yumruq altına salmağa çağırıb.
Nəsib