01.08.2025, 19:10
AZ EN
20.02.2024, 09:49 380

Almaniyada Paşinyanı pərt ediblər

YAZILAR
  • Dünən Ermənistan mediasına istinadən xəbər vermişdik ki, baş nazir Nikol Paşinyan Almaniyada Münhen və ətraf bölgədəki erməni lobbisinin nümayəndələri ilə görüş zamanı gərgin anlar yaşanıb. Bu gün isə sözügedən görüş barədə bir sıra detallar açıqlanıb.

"Hraparak"ın müxbiri Lusine Şahverdiyan yazıb ki, hökumətin görüş barədə yaydığı məlumat feykdir və heç bir əsası yoxdur. O, əlavə edib ki, Lulikyan soyadlı erməni 30 ildir ki, Almaniyada yaşayır. Onun sözlərinə görə, Ermənistanın Almaniyadakı səfirliyi diaspor təşkilatının üzvlərinə öncədən dəvətnamə göndərərək görüşə dəvət edib. Amma cəmi 10 nəfər, o cümlədən Lulikyan görüşə qatılıb. Məqsəd isə Paşinyana öz sözlərini çatdırmaq olub. Paşinyan Qarabağdan köçən ermənilər barədə danışarkən Lulikyan və daha bir diaspor nümayəndəsi onun fikirlərinə əks ifadələr səsləndiriblər və onu "Qarabağ  qaçqınları" kartından istifadə etməməyə çağırıblar. Zalda əyləşən 30 nəfərdən çoxu Paşinyanla gedən nümayəndə heyətindən, səfirlik əməkdaşlarından və təhlükəsizlik xidməti işçilərindən ibarət olduğuna görə diaspor nümayəndələrinin etirazı dayandırılıb. Lulikyan onu da deyib ki, hakimiyyətin fotoqrafı zalda əyləşənlərin şəklini öndən deyil, arxadan çəkməklə görüş iştirakçılarının tanınmasını istəməyib. İranın "qırmızı xətt" deyərək bəyanatlar verməsini təkcə Ermənistanın deyil, həm də üçtərəfli bəyanata imza atan digər iki dövlətin, yəni Azərbaycanla Rusiyanın daxili işlərinə müdaxilə hesab edən Lulikyan əlavə edib ki, Paşinyan və komandası ölkəni uçuruma doğru aparır.

Almaniyadakı erməni diasporunun çoxsaylı nümayəndələrinin Ermənistan iqtidarını bundan sonra da dəstəkləməyəcəyini  açıqlayan Lulikyan Azərbaycan Prezidenti cənab İlham Əliyevlə  baş nazir Nikol Paşinyanın Almaniya kanslerinin vasitəçiliyi ilə görüşüb söhbət etmələrinə münasibət bildirib. O, etiraf edib  ki, Azərbaycanın rəhbəri nüfuzu və siyasi gedişləri ilə öz ölkəsinə ləyaqətlə xidmət etdiyi halda N.Paşinyan nə etdiyini özü də anlamır və bu Ermənistana yaxşı heç nə vəd etmir.

O, sonda deyib ki, Paşinyan hansı mövzudan danışsa da gələcəkdə düşmənə yenə torpaq verəcəyi açıq-aydın görünür.

Bu yerdə Cənab Prezidentimiz İlham Əliyevin bir müdrik xəbərdarlığı yada düşür: Kimdir səndən soruşan, verəcək, ya verməyəcəksən. Gəldik götürdük vəssalam!

Nəsib Qaramanlı

Oxşar xəbərlər