22.11.2024, 07:44
AZ EN
10.05.2023, 14:58 323

Ermənilər Fransadan nə tələb edir

YAZILAR
  • "Hraparak"ın bu gün yaydığı xəbərdə deyilir ki, 2022-ci ilin sonunda Fransa senatı hökumətə müraciət edərək Xankəndidə humanitar ofis yaradılması məsələsini müzakirə etməyə çağırmışdı. Müraciətdə həmçinin Ermənistanın ərazi bütövlüyünün qorunması üçün tədbirlər ələ alınmasının vacibliyi vurğulanmışdı.

Layihənin müəllifləri Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində əhalinin təhlükəsizlik məsələləri üçün beynəlxalq güclərin yerləşdirilməsini də təklif etmişdilər.

Sözügedən bu anti-Azərbaycan təklifin hələ yerinə yetirilməməsi ermənilərin öz böyük bacılarına qarşı hökumət binası önündə etiraz aksiyasına səbəb olub.

Mənbə bildirib ki, ermənilər həmin yerdən Fransa səfirliyinin binasına hərəkət edərək Senatın qərarına uyğun olaraq humanitar ofisin açılmasını tələb ediblər.

Özünü "qədim və qəhrəman" adlandıran bu toplumun daim başqasının qoltuğuna sığınmağı isə yenilik deyil.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR