19.03.2026, 17:06
AZ EN
19.03.2026, 15:23 201

Şərqi Zəngəzur iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib

XƏBƏRLƏR
  • Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan sahibkarların onlayn qəbulu keçirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, agentliyin təşkilatçılığı ilə keçirilmiş qəbul zamanı İdarə Heyəti sədrinin müavini Emil Hüseynli və KOBİA-nın müvafiq struktur bölmələrinin nümayəndələri sahibkarları dövlətin dəstək alətləri, o cümlədən bölgə üzrə vergi güzəştləri və azadolmalar, regionun biznes potensialı, agentliyin dəstək alətləri barədə məlumatlandırıblar. Həmçinin qəbul zamanı sahibkarların özünüməşğulluq proqramı, logistika, sahibkarlığın inkişafına dəstək mexanizmləri barədə sualları cavablandırılıb.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilər üzrə KOBİA-nın beş ünvanda xidmət infrastrukturu fəaliyyət göstərir və sahibkarlar, eləcə də biznesə başlamaq istəyən şəxslər bu imkandan faydalana bilərlər.

Qəbul zamanı sahibkarların qaldırdığı bəzi məsələlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti qurumlarla birgə araşdırılacaq. (AZƏRTAC)

Oxşar xəbərlər