Deputat bildirib ki, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıya daxil olan peşələrdə azı 12 il 6 ay çalışmış kişilər və azı 10 il çalışmış qadınlar üçün pensiya yaşı 5 il azaldılır. Lakin bu hüququn reallaşması üçün vətəndaşların işlədiyi müəssisədən arayış təqdim etməsi tələb olunurdu. Müəssisələrin fəaliyyəti dayandırdığı hallarda arayışın əldə olunmasında çətinliklər yaranırdı ki, bu da vətəndaşların hüquqlarının reallaşmasına mane olurdu.
Vüqar Bayramov bildirib ki, yeni dəyişikliklərə əsasən, arayışın təqdim edilməsi mümkün olmadıqda, həmin şəxsin işlədiyi peşənin Nazirlər Kabinetinin siyahısında olması kifayət edəcək. Bu isə pensiya hüququndan istifadənin daha rahat və əlçatan olmasına imkan verəcək.
Tahirə AĞAMİRZƏ