Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən məlumat verilib.
Bildirilib ki, şəhərin mərkəzi parkında təşkil olunan bayram tədbirində Xocalı şəhərinə, eləcə də rayonun kəndlərinə köç edən sakinlər iştirak ediblər.
Tədbirdə yerli sənətçilər tərəfindən musiqilər ifa olunub. Milli adət-ənənələrə uyğun şəkildə təşkil olunan bayram şənliyində səməni qurulub, Novruzun rəmzləri nümayiş etdirilib. (Report)