Şəhidin nəşi Evoğlu kəndində dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Zahid Baxış oğlu Nağıyev 1975-ci il yanvarın 1-də anadan olub. O, 1994-cü il aprelin 18-də Ağdam rayonunun Cavahirli kəndində itkin düşüb. (Report)