Görüşdə rektor Şahin Bayramov Qarabağ Universitetinin strateji hədəfləri çərçivəsində İngilis dilinin tədrisinin genişləndirilməsinin və tələbələrin xarici dil bacarıqlarının gücləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. O, Mərkəzin fəaliyyətinin daha da təkmilləşdirilməsi, dil daşıyıcısı olan əməkdaşların cəlb edilməsi, xarici dil səviyyəsinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi üçün ixtisaslaşmış qurumlarla əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.
Rektor həmçinin Mərkəzin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu istiqamətdə fəaliyyət göstərən əməkdaşlara təşəkkürünü bildirib və gələcək mərhələlərdə nəzərdə tutulan işlərlə bağlı tövsiyələrini verib.
Bu cür görüşlər universitetin beynəlxalqlaşma strategiyasına töhfə verməklə yanaşı, tələbələrin qlobal elmi-mədəni mühitə inteqrasiyasını da dəstəkləyir.
Tahirə AĞAMİRZƏ