"Hraparak"ın əməkdaşı Hayk Gevorkyanın yanvarın 18-də Ermənistanın sabiq baş naziri Vazgen Manukyanla müsahibəsinin şərhi dərc olunub. Jurnalist yazır ki, o, müsahibəsində adamların uzun-uzadı və boş-boş danışıqlarına qulaq asmaqdan bezib. Ona xatırladılıb ki, 2020-ci ildəki məğlubiyyətdan sonra yaradılan "Vətəni xilasetmə hərəkatı"na lider və baş nazirliyə namizəd olub, demək hansısa çıxış yolunu bilir. V.Manukyan bu suala da cavab verə bilməyərək indi iqtidarla müxalifətin birləşməsinin vacibliyini vurğulayıb. Jurnalistin "bəs, Siz indi özünüzü harda, hansı mövqedə görürsünüz?" sualını da ermənisayağı bicliklə cavablandıraraq bildirib ki, indi çox məşğuldur, ona görədə ətraflı danışmayacaq.
Kokret desək sözügedən şərhin məntiqi belədir: özü heç nəyə qadir olmadığı üçün vaxtilə istefaya məcbur edilən V.Manukyan ötən illər ərzində əmin olub ki, Azərbaycanın qüdrəti önündə aciz qalan ermənilər, nəhayət, reallığı qəbul etməli və sülh müqaviləsinə imza atmalıdır.
Nəsib