10.06.2025, 00:49
AZ EN
11.03.2025, 10:49 229

Naira yenə ağlaşma qurub

YAZILAR
  • "Hraparak" izləyicilərinə məlumdur ki, hay parlamentinin sabiq deputatı və AŞPA-dakı nümayəndə heyətinin üzvü Naira Zorabyan xeyli sükutdan sonra yenidən mətbuatda açıqlamalar verməyə başlayıb. Əsas mövzusu isə həmişə olduğu kimi baş nazir Nikol Paşinyan və onun iqtidar komandasıdır.

Nairaya ən acıq gələn ifadələrin məhz sabiq hakimiyyətlə bağlı olduğu da məlumdur. Sabiq deputat Hayk Gevorkyanla müsahibəsində deyib ki, Nikolun və komandasının yaratdığı nikolizm cərəyanı ölkəyə yalnız ziyan vurub. Əlavə edib ki, nikolçular nə dediklərinin fərqinə varmırlar, istədikləri isə demokratiya deyil, sərvət toplamaqdır. Bütün bəlaların başında nikolizmin durduğunu bir neçə dəfə vurğulayan Naira Zorabyan belə bir yalanı da diqqətə çatdırıb ki, guya "arsax"da 12 şəhər, 243 kənd, 385 kilsə olub və onlar tamamilə  dağıdılıb. Halbuki  DQMV-də yalnız Xankəndi və Şuşa şəhər statusuna malik olub. Ağdərə, Xocavənd isə şəhər tipli qəsəbə idi. Öz yalanları ilə  AŞPA-da da tanınan Nairaya Azərbaycanın oradakı nümayəndələri tərəfindən verilən tutarlı faktlarla zəngin cavabları da, sözsüz, tarixin və sözügedən qurumun arxivindədir. Amma Nairanın yenə gözyaşı tökərək ağlaşma qurması yeni məcraya yönəlib və bu dəfəki hədəfin nikolizm olduğu açıq-aydın görünür. Naira deyir ki, bir zamanlar İrəvanda, Gümrüdə ayaq üstə "peraşki" ilə pivə içənlərin ayaqlarını indi xarici səfərlərdən yığmaq olmur və onlar əvvəlki günlərini xatırlamaq belə istəmirlər, başlıca istəkləri ölkəni düşmənə təhvil verməkdir.

Təki belə olsun.

N.Qaramanlı

Oxşar xəbərlər