17.12.2025, 09:05
AZ EN
09.12.2025, 10:42 207

Azərbaycan-Slovakiya əlaqələrində yeni mərhələ

YAZILAR
  • Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ hesab olunur. Son illər Azərbaycan ilə Slovakiya arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsi diqqət çəkir.

Milli Məclisin deputatı Vüqar Bayramovun bildirdiyinə görə, regionun enerji təhlükəsizliyində aparıcı rol oynayan Azərbaycan hazırda 14 ölkəyə, o cümlədən Slovakiyaya qaz ixrac edir. Prezident İlham Əliyev səfər çərçivəsində Slovakiya Prezidenti Peter Pelleqrini ilə birgə bəyanatında Azərbaycanın bu ölkəyə və onun qonşularına qaz nəqlini artırmaq niyyətində olduğunu açıqlayıb.

Deputat qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Ötən il Azərbaycan və Slovakiya arasında ticarət dövriyyəsi 46 milyon dollar təşkil edib. Bu ilin ilk 9 ayının nəticələrinə əsasən, dövriyyə 31 milyon dollar səviyyəsindədir. Bu isə ticarət əlaqələrinin daha da genişlənməsi üçün ciddi potensialın olduğunu göstərir.

Vüqar Bayramov hesab edir ki, bu səfər təkcə ikitərəfli münasibətləri deyil, həm də Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əlaqələrinin güclənməsinə xidmət edəcək. Ölkəmizin regionun enerji təhlükəsizliyindəki rolu isə gündən-günə artmaqdadır ki, bu da Azərbaycanın beynəlxalq arenadakı strateji mövqeyini daha da möhkəmləndirir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər