Vaxtilə vətəndaşı olduqları Osmanlı İmperiyasında Antanranın fitnə- fəsadı ilə dövlətə və yerli xalqa qarşı silahlı qiyam qaldıran ermənilərin törətdikləri vəhşiliklər barədə müxtəlif tarixi faktlara məhəl qoymadan yenə də "soyqırımı" yasına başlayan ermənilər bu prosesin indi guya, Azərbaycan tərəfindən həyata keçirildiyi barədə cəfəngiyyatlar yaymaqdadırlar.
Ölkədə baş alıb gedən tənəzzülün qarşısının alınması üçün hansısa islahat aparmaq əvəzinə soydaşlarına yeni uydurmalar sırımağa girişən erməni ekspertlərin bu il də dedikləri isə belə bir fikrin əbədiliyini təsdiqləyir ki, qozbeli qəbir düzəltsə də, hayları qəbir də düzəldən deyil və arabir başlarına yumruq dəyməlidir ki, diz çöküb aman istəsin.
"Hraparak" xəbər verir ki, hazırda iqtidar partiyası olan "Vətəndaş müqaviləsi" qapalı iclas keçirir. Etibarlı mənbədən alınan məlumata görə isə iclasda hakimliyə namizədlər məsələsi müzakirə olunmazdan öncə "24 aprel"ə hazırlıqlar və Azərbaycan ordusunun guya, Göyçənin Zod kəndindəki mədəni intensiv atəşə tutması müzakirə olunub.
Sözügedən media qrupu sonda əlavə edib ki, hakim fraksiyanın təklifi ilə sabah parlamentin növbədənkənar iclasında Karen Demirçıyan adına idman və konsert kompleksində beynəlxalq ağırlıqqaldırma üzrə yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Bayrağına göstərilən münasibətlə bağlı müzakirələr də gözlənilir.
Nəsib