17.09.2024, 00:51
AZ EN
30.09.2022, 10:25 145

Paşinyan seçim edə bilmir

YAZILAR

«Hraparak» qəzetinin 30 sentyabr tarixli sayında dərc olunmuş «N.Paşinyan qapalı iclasda R.Koçaryana və Levon ter-Petrosyana müraciət edib» sərlövhəli yazıda göstərilir ki, Ermənistanın baş naziri Fransaya rəsmi səfərdən qayıtdıqdan və Robert Koçaryanın mətbuat konfransında sonra təcili olaraq «Vətəndaş müqaviləsi» fraksiyasının deputatları, hökumət üzvləri və heç bir partiyaya mənsub olmayan müavini Mıher Qriqoryanın iştirak ilə qapalı iclas keçirib. Qəzet həmin iclasda iştirak edən, lakin adını açıqlamadığı deputatın verdiyi məlumatlara əsasən yazır ki, Paşinyan Qərblə Rusiya arasında vurnuxur və hələ də «mantraj» durumda olduğundan seçim edə bilmir. O, qapalı iclasda bildirib ki, Fransa və Ermənistanın digər havadarları Azərbaycanla münaqişədə Ermənistanın tərəfini saxlasalar da beynəlxalq qanunlar, həmçinin Azərbaycanın dostlarının səyləri nəticəsində Ermənistan istəyinə nail ola bilmir. Sentyabrın 12-dən 13-nə keçən geə Ermənistan-Azərabycan sərhəddində gedən döyüşlər zamanı Azərbaycan ordusunun uzunluğu 8, 5 km, dərinliyi 7,5 km olan əraziləri tutması təkcə Ermənistanı deyil, onun havadarlarını da ciddi narahat etdiyini vurğulayan  qəzet əlavə edib ki, Fransada olarkən Paşinyana yenə də MDB-dən və KTMT-dan çıxmaq təklif olunub. Bildirilib ki, əgər Ermənistan Rusiyadan ayrılarsa, bütün vasitələrlə dəstəklənəcək Ermənistan-Azərbaycan sərhəddində isə Fransadan və Ermənistanın digər dostlarından (İran və Hindistan nəzərdə tutulur - red.) ibarət müşahidəçilər yerləşdiriləcəkdir. Paşinyan qapalı iclasda Qərbin tələblərinin Ermənistan üçün tam sərfəli olmadığını bildirib. Xüsusi ilə vurğulayıb ki, əgər Ermənistan KTMT-dan çıxarsa, Rusiya bununla barışmayacaq və ölkə üçün taleyüklü problemlər yaranacaqdır.

Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi və təsdiqlənməsi məsələsində hələ də obyektiv mövqe nümayiş etdirməyən Ermənistanın öz sərhədlərində digər ölkələrin hərbçilərinin və müşahidəçilərinin olacağı təqdirdə Azərbaycanın bununla qətiyyən barışmayacağını bildirən qəzet həm də yazır ki, «Prezident Əliyev özü üçün sərfəli olan delimitasiya və demarkasiyanı güc vasitəsilə həll etməyə cəhd edəcək».

Göründüyü kimi, ermənilər yenə də başqalarının müdaxiləsinə ümidlidirlər. Onlar müxtəlif manevrlər etməklə yeni təxribat hazırlayırlar.

Nəsib QARAMANLI

Oxşar xəbərlər