Onun "Lurer.com"un yayımladığı bu günkü sayıqlamalarından aydın olur ki, Rusiya vətəndaşlığından imtina edərək guya bölgədəki separatçı qurumu müdafiə etməyə gəlməsini məhz "arsax xalqı" özü xahiş edib. Yenidən xatırladaq ki, nitqindən nə erməni, nə də rus dilində normal bilmədiyi aydın görünən, Xankəndiyə sülhməramlılar adlanan rusların gətirdiyi humanitar yüklərin pulunun öz şəxsi vəsaiti hesabına ödənildiyini və bu işin davam edəcəyini, heç bir təzyiqə məhəl qoymayıb "müdafiə ordusunu" gücləndirəcəyini və s. bu kimi cəfəngiyatlarla məşğul olacağını yuxusuz sərxoş səsi ilə bildirən, qorxaqlığı və yaltaqlığı gözlərindən oxunan bu iqtisadi və siyasi möhtəkir müharibə olacağı təqdirdə qalib gələcəkləri kimi sərsəm ifadələri ilə həm də psixi xəstəliyini üzə çıxartmış oldu.
RF vətəndaşlığından imtina etməsi barədə ərizəsinə Putinin yenicə imza atmasından sonra Ermənistan vətəndaşlığına qəbul edilməsi ilə bu ölkənin separatçılıqda və terrorda iştirakını öz şəxsi hərəkətlərində yenidən təsdiqləyən Rubenin həm də hayların bacılarının vətəni Fransanın vətəndaşı olduğu heç kəsə sirr deyil.
Bütün bunlardan sonra Rubendən nəsə normal söz və hərəkət gözləməyin özü də ağılsızlıq təzahürüdür.
Nəsib