17.04.2024, 01:02
AZ EN
02.02.2023, 15:52 268

Haylar ombudsman axtarır

YAZILAR

Ötən il yanvarda böyük ajiotajla insan haqları müdafiəçisi seçilən Kristinne Qriqoryan bu il yanvarın 23-də başqa işə keçməsinə görə tutduğu vəzifədən istefasının qəbul olunması üçün parlamentə yazılı müraciət ünvanlamışdı. Artıq həmin vaxtdan 10 gün keçib və hayların konstitusiyasına görə, yeni ombudsman seçilməsi üçün namizədlər göstərilməlidir. Bu barədə paylaşım edən "Hraparak"ın müxbiri Lusine Şahverdyan daha sonra yazıb ki, 2016-cı ildə bu vəzifə uğrunda gərgin mübarizə getmiş və müxalifət təmsilçisi qalib gəlmişdi. O, səlahiyyət müddəti başa çatdıqdan sonra   qeyri-hökumət təşkilatı yaradaraq rəsmi ombudsman Kristinne Qriqoryanın fəaliyyətini kölgədə qoydu.

İndi kimin seçilməsi barədə hakimiyyət daxilində söhbət belə getmir. Müxalifətin isə namizədi var, amma kimliyi açıqlanmır. Müəılif ehtimal edir ki, həmin şəxs müxalif deputat Mamicanyandır, amma nikolçu deputatlar ona səs verməyəcək, nəticədə isə yenə Anna Hakopyanın rəfiqələrindən biri ombudsman seçiləcəkdir.

Nəsib

Oxşar xəbərlər