22.11.2024, 08:24
AZ EN
08.12.2022, 17:39 339

Ermənilər humanist olacaqlarmı?

YAZILAR

Dekabrın 8-də «Lurer.com» və «Hraparak»ın yaydıqları ««Hərbi idman oyunları»ında dəyişiklik edilir» başlıqlı yazıda göstərilir ki, respublikada və beynəlxalq arenada keçirilən hərbi idman oyunları zamanı rəqib üzərində qələbəni peşəkarlıqla yanaşı, həm də komandanın mənəvi psixoloji durumu təmin edir. Ona görə də bu idman növü ilə təkcə iqtidar deyil, həm də QHT-lər maraqlıdır. 2018-ci ildən sonra sözügedən qanunda müəyyən dəyişiklik və əlavələr edilməsi barədə söhbətlər getsə də, müxtəlif səbəblərə görə bu baş tutmayıb. Parlamentin son iclasında isə həmin məsələ yenidən gündəmə gəlib. Qanuna edilən əlavə və dəyişikliklər sırasında mənəvi-psixoloji, əxlaqi meyarlar da öz əksini tapıb. Belə ki, yarış zamanı milli, dini, irqi ayrıseçkiliyə yol verməmək, rəqibi təhqir etməmək məsələləri qanunda öz əksini tapıb. Erməni deputat Arpine Stanbulçyan sözügedən qanun layihəsinin müzakirəsi zamanı öz erməniliyini bir daha sübut edərək deyib ki, erməni hərbi idmançı türk, azərbaycanlı ilə yarışarkən onu təhqir edərsə, qınanmamalı, cəzalandırılmamalıdır. 2021-ci ildəki seçkidən indiyədək 4 dəfə bəyanat verib mandatı yerə qoyacağını deyən, amma sözünə əməl etməyən bu qadından başqa fikir gözləmək də düzgün olmazdı. Çünki ermənilərin mentalitetindəki tərbiyəsizlik hamıya yaxşı məlumdur. Yerigəlmişkən bir gerçəkldiyi də xatırladaq ki, İranın ermənilərə bacı dəstəyinin bir mənbəyi də məhz belə qadınlardır.

Nəsib QARAMANLI

Oxşar xəbərlər

SON XƏBƏRLƏR