21.03.2026, 18:09
AZ EN
21.03.2026, 14:43 97

II Qareginə II İliyanın dəfnində iştirak üçün Ermənistandan çıxışa icazə verilməyib

XƏBƏRLƏR
  • Bütün ermənilərin katolikosu II Qaregin Tbilisiyə səfər edərək Gürcüstanın Katolikos-Patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün icazə ala bilməyib.

Bu barədə vəkil Ara Zohrabyan paylaşım edib.

Katolikosun dəftərxanası II İlyanın martın 22-nə planlaşdırılan matəm mərasimi və liturgiyada iştirak üçün dəvət alıb. Vəkil qonşu ölkədə matəm şəraitini nəzərə alaraq II Qareginin mərasimdə iştirakı üçün müvəqqəti ölkədən çıxışına icazə verilməsi ilə bağlı müraciət etsə də, bu tələb rədd olunub.

Bundan əvvəl, martın 19-da Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, II Qareginin II İlyanın dəfnində iştirakı məsələsi müzakirə olunmur.

Xatırladaq ki, fevral ayında II Qaregin barəsində Masisatsotn yeparxiyasının keçmiş rəhbəri Gevork Saroyanın dini rütbədən məhrum edilməsi ilə bağlı cinayət işi başlanıb. Bu iş çərçivəsində onun ölkədən çıxışına qadağa qoyulub. (APA)

Oxşar xəbərlər