- Ermənistan müdafiə nazirliyi təlim-məşq toplanışlarından əsassız səbəbə görə imtina edənlərin indiki maddi cərimə əvəzinə həbs qəti imkan tədbirləri ilə cəzalandırılmasının vacibliyini bildirib və bununla bağlı müvafiq orqanlara, o cümlədən parlamentə müraciət ünvanlayıb.
Bu xəbəri yayan "Hraparak" əlavə edib ki, ehtiyatda olan hərbçilər təlim-məşq toplanışlarında iştirak etmək istəmədikləri üçün nazirlik öz işini lazımi səviyyədə qura bilmir və nəticədə ordudakı psixoloji durum pisləşir.
Nəsib