29.04.2026, 14:14
AZ EN
29.04.2026, 12:03 81

Xocalının iki kəndində torpaqların icarəyə verilməsinə başlanıb

QARABAĞ
  • Xocalı rayonunun Xanabad və Təzəbinə kəndlərində əkin məqsədilə torpaqların  icarəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb.

“Vətən səsi” xəbər verir ki, bu barədə AzTV məlumat yayıb. Məlumata əsasən, müraciətlərin qəbulu prosesi mayın 28-dək davam edəcək. Növbəti mərhələdə icarədarlarla Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları arasında müqavilələrin imzalanması, təlimlərin keçirilməsi və ərazilərin yerində tanıdılmasına başlanacaq. Bu mərhələ iyunun 1-dən iyulun 31-dək davam edəcək.

Xatırladaq ki, müəyyən edilmiş qaydalara əsasən, işğaldan azad edilmiş ərazilərdə əkin sahələrinin icarədarları ilə müqavilələr müxtəlif müddətlər üzrə imzalanır. Birillik bitkilər və yonca üçün torpaq sahələri 2 il, çoxillik  bitkilər üçün isə 5 il müddətinə icarəyə verilir. Torpaqların əvvəlcədən nəzərdə tutulmuş təyinatına uyğun istifadəsi və iqtisadi səmərəlilik dərəcəsi nəzərə alınmaqla  icarə  müqaviləsi müvafiq müddətə növbəti dəfə uzadıla bilər.

Röya SALMANQIZI

Oxşar xəbərlər