29.04.2026, 16:28
AZ EN
29.04.2026, 13:23 93

Rusiya Ermənistanı qarışdırmaq istəyir: Aİ yeni missiya göndərir

XƏBƏRLƏR
  • Avropa İttifaqı Rusiyanın Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində bu ölkədə qarışıqlıq yaratmaq istəyindən narahatdır. Əldə olunmuş məlumatlara görə Kreml səsvermə günü və nəticələrin hesablanması mərhələsində kiberhücumlar vasitəsilə Ermənistandakı seçkilərə təsir göstərməyə çalışır. Bununla əlaqədar Aİ Rusiyanın mümkün təxribatlarının qarşısını almaq məqsədilə Ermənistana əlavə missiya göndərmək qərarına gəlib.

"Vətən səsi" xəbər verir ki, bu barədə "AzadlıqRadiosu"nun erməni xidməti - "Azatutyun" məlumat yayıb. Radionun öz mənbələrinə istinadən yaydığı məlumata görə, Aİ-nin yaxın gələcəkdə Ukraynaya da kibercumlar və dezinformasiya ilə mübarizədə daha fəal dəstək göstərməsi istisna olunmur: "Brüsselin artıq belə təcrübəsi var, bu, ötən il Moldovada keçirilən parlament seçkiləri zamanı tətbiq olunub. Eyni addımın bu il Ermənistanda da atılması planlaşdırılır, burada Aİ-nin yeni missiyası yaradılacaq. Missiyanın məqsədi Rusiyanın seçkilərə müdaxiləsinin qarşısını almaqdır".

Qeyd olunur ki, Aİ aprelin 21-də Ermənistanda yeni mülki missiyanın fəaliyyətə başlamasına icazə verib. "Azatutyun"ın mənbələri əminliklə bildiriblər ki, missiya İrəvana seçki prosesinə qarşı xarici manipulyasiyalar, kiberhücumlar və qanunsuz siyasi maliyyələşdirmə kimi hibrid təhdidlərlə mübarizədə kömək edəcək. Missiyanın Ermənistandakı seçkilərdən ən azı bir neçə həftə əvvəl fəaliyyətə başlayacağı deyilir. İki illik mandata malik ekspertlər qrupu "EUPM Armenia", yəni Ermənistan Respublikasında Avropa İttifaqı Tərəfdaşlıq Missiyası adlandırılacaq.

Qərara əsasən, "EUPM Armenia" Aİ-nin Ermənistan-Azərbaycan sərhədində yerləşdirdiyi missiyanı əvəz edəcək. EUMA-nın dörd illik mandatı 2027-ci ilin əvvəlində başa çatacaq. Yeni missiyada əsasən paytaxtda Ermənistan hakimiyyəti ilə sıx əməkdaşlıq edəcək 20-30 nümayəndənin olması gözlənilir.

Elxan SALAHOV

Oxşar xəbərlər