29.04.2026, 14:14
AZ EN
29.04.2026, 11:24 139

Azərbaycan rəsmiləri Ermənistana gedib

XƏBƏRLƏR
  • Azərbaycan hökumətinin nümayəndələri Ermənistanda rəsmi səfərdədir. "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarə artıq İrəvandadır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ermənistan Mülki Aviasiya Komitəsinə istinadən yayılan məlumatda bildirilir ki, Bakıdan İrəvana uçuş 54 dəqiqə davam edib. Rəsmi nümayəndə heyətini Ermənistana aparan təyyarə bu gün səhər saatlarında  İrəvanın "Zvartnots" beynəlxalq hava limanına eniş edib.

Ermənistan Mülki Aviasiya Komitəsi Azərbaycandan rəsmi nümayəndə heyətinin İrəvana gəldiyini açıqlayıb. Bununla belə, həmin qurum səfərin məqsədi və Bakıdan gələn rəsmi şəxslərin kimliyi barədə heç bir məlumat verməyib.

Qeyri-rəsmi məlumatlara görə isə Bakıdan İrəvana gedən nümayəndə heyətinə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik edir. Səfərin Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya məsələləri ilə bağlı olduğu bildirilir.

Ermənistan mətbuatı İrəvanın "Zvartnots" beynəlxalq hava limanına eniş edən Azərbaycan təyyarəsinin fotosunu da yayıb.

Elxan SALAHOV

 

Oxşar xəbərlər