Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da tədbirdə iştirak edib.
"Modern.az" xəbər verir ki, 2 günlük forumun ilk günündə çıxış edən nazir Zəngəzur dəhlizindən danışıb:
"Zəngəzur dəhlizi vasitəsilə yeni imkanlar ortaya çıxıb, bu, yaxşı xəbərdir. Kommunikasiya Qafqazda normallaşma üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan ilə Türkiyə arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatı regionun bütün ölkələrinə fayda verəcək. Çin və Türkiyə arasında Orta Dəhliz və Bakı-Tbilisi-Qars dəmiryolu xətti vasitəsilə ortamüddətli perspektivdə ildə 200-dən çox müntəzəm blok konteyner qatarı ilə daşınma hədəfləyirik. Digər tərəfdən, bu sahədə ölkələrlə əməkdaşlıq edəcəyik. Orta Dəhlizin digər mühüm komponenti olan Xəzər dənizində səmərəli daşınmanı təmin etmək üçün regionda fəaliyyət göstəriləcək", - deyə Uraloğlu vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ