04.02.2025, 18:41
AZ EN
04.02.2025, 15:38 140

Hərbi çağırışçılar etiraz edirlər

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri  Karen Martirosyan bu günkü yazısında qış hərbi çağırış mövsümündə yaranmış problemləri qabardıb.

O, yazıb ki, çağırışçılar və valideynlər hərbi xidmətə yola düşəcək gənclərin tibbi müayinəsi zamanı qaydaların pozulmasından gileylənirlər. Belə ki, qışla əlaqədar yaranan mövsümi xəstəlik daşıyıcılarını müalicə etmədən hərbi hissələrə göndərirlər. Birbaşa çətinliklə üzləşəndə isə bunun əzabını müxtəlif xəstəliklərə düçar olmaqla çəkirlər. "Mövcud problemlə bağlı insan haqlarının müdafiəsi qurumunun hərbi çağırışçıların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi şöbəsinin rəisi Andranik Yeğoyan dəfələrlə müraciət etsə də müvafiq qurumlar məsələnin həllinə maraq göstərməyib"- deyə müxbir  qardaşların eyni hərbi hissədə xidmət etməsi sahəsində də, ümumiyyətlə isə ermıni ordusunda problemlər olduğunu vurğulayıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər