30.04.2026, 17:31
AZ EN
30.04.2026, 16:04 211

“Prezident Kuboku”: Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurublar

XƏBƏRLƏR
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku-2026" beynəlxalq reqatasında 2-ci yarış gününə yekun vurulub.

Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışda Azərbaycan avarçəkənləri 4 medal qazanıblar.

Yarışlarda Əlimurad Hacızadə 1 nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə 2-ci yeri tutub. Məlumat üçün bildirək ki, o, ötən gün Suqovuşanda 200 metr məsafəyə yürüşdə də gümüş mükafata sahib çıxmışdı.

Bu gün, həmçinin 2 nəfərlik kayak qayığında 500 metr məsafəyə yürüşdə Mustafa Vəlizadə və Elmir Tarverdiyev cütlüyü (2010-2011) bürünc, akademik avarçəkmədə 1 nəfərlik qayıqla 1500 metr məsafəyə yürüşdə Azər İlyasov (2008-2009) qızıl medal qazanıb. Bu, Azərbaycan komandasının yarışda ilk qızıl mükafatı olub.

Ölkəmizə günün sonuncu medalını isə Niyaz Malikov və İvan Vorobyanski cütlüyü (2008-2009) qazandırıb. Onlar 2 nəfərlik kayak qayığında 1000 metr məsafəyə yürüşdə finişə 3-cü çatıblar.

Qaliblər medal və müxtəlif hədiyyələrlə təltif olunublar. (AZƏRTAC)

Oxşar xəbərlər