Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, Lermontov küçəsi eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi arasında hərəkət edən H1 ekspres avtobus marşrutu fəaliyyətini normal və fasiləsiz şəkildə davam etdirəcək. Eyni zamanda, bu müddət ərzində fərdi nəqliyyat vasitələri və taksilər hava limanı ərazisinə alternativ yollar vasitəsilə sərbəst daxil ola və çıxa biləcəklər. Gecikmələrin qarşısını almaq məqsədilə səfərlərin öncədən planlaşdırılması tövsiyə olunur.
WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib. (AZƏRTAC)