Universitetdən bildirilib ki, o, aprelin 12-dən 26-dək Rumıniyanın Măgurele şəhərində yerləşən Milli Materiallar Fizikası İnstitutunda tədqiqatlar aparıb. Tədqiqatlar institutun professoru Mihaela Baibarac ilə birgə “Kosmos tətbiqlərinə uyğun hibrid enerji yığımı və saxlanması üçün triboelektrik nanogeneratorlarda GO və rGO–polisiloksan nanokompozitlərinin spektroskopik tədqiqi” mövzusu üzrə həyata keçirilib.
Aparılan tədqiqatlar çərçivəsində nanokompozit materialların triboelektrik nanogeneratorların çıxış göstəricilərinə təsiri öyrənilib, onların optimallaşdırılması istiqamətində elmi yanaşmalar tətbiq olunub. Bu istiqamətdə əldə olunacaq nəticələrin enerji yığımı sistemlərinin səmərəliliyinin artırılmasına, xüsusilə kosmik və ekstremal mühitlər üçün innovativ enerji həllərinin inkişafına töhfə verəcəyi gözlənilir. Eyni zamanda, sözügedən elmi əməkdaşlıq Qarabağ Universitetinin Avropanın qabaqcıl elmi-tədqiqat mərkəzləri ilə əlaqələrinin genişləndirilməsi, birgə tədqiqatların və elmi nəşrlərin təşviqi, eləcə də Avropa İttifaqının maliyyələşdirdiyi beynəlxalq proqramlarda, o cümlədən “Horizon Europe” çərçivəsində iştirak imkanlarının artırılması baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, Qarabağ Universiteti beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi, innovativ tədqiqat mühitinin formalaşdırılması və yüksəkixtisaslı kadr hazırlığının təmin edilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir. (AZƏRTAC)