30.04.2026, 14:14
AZ EN
30.04.2026, 11:01 192

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək

XƏBƏRLƏR
  • Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək.

Bu ölkəyə 7 vaqon taxıl və gübrə tədarük olunacaq.

Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Xatırladaq ki, sonuncu dəfə aprelin 24-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib. (Report)

Oxşar xəbərlər