Aksiyaçılar bildiriblər ki, tələblərinə qismən nail olduqlarından, eləcə də dövlət nümayəndələri tərəfindən onlara dəfələrlə edilən müraciətləri nəzərə alaraq, bu gün saat 18:00-dan etibarən etiraz aksiyanı müvəqqəti dayandırırlar:
"Bəyan edirik ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji və digər fəsadlarla bağlı monitorinqin keçirilməsinin təmin olunmasına dair sülhməramlı kontingentin komandanlığından tələblərimiz qüvvədə qalır və bu tələblər yerinə yetirilməyəcəyi halda aksiyanın yenidən bərpa olunması hüququnu öz üzərimizdə saxlayırıq!" ("Report")