21.11.2024, 21:13
AZ EN
22.11.2022, 17:53 363

Füzuli rayonunda bərpa olunmuş iki kəhriz yerli icmalara təhvil verilib

QARABAĞ
  • Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Füzuli rayonunda bərpa olunmuş iki kəhrizi yerli icmalara təhvil verib.

Layihənin məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan yanaşmanı tətbiq etməyə davam edir.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Füzuli rayonunun Əhmədalılar kəndindəki Nəsirli kəhrizini bərpa edərək yerli icmaların istifadəsinə verib.

Bərpa olunmuş kəhrizin içməli suyundan rayonun Əhmədalılar, Qazaxlar və Mirzənağılı kəndlərinin ümumi sayı dörd min nəfəri ötən əhalisi istifadə edəcək.

Həmin layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi indiyədək Ağdam, Goranboy, Füzuli və Qazax rayonları ərazisində 21 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib.

Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə region əhalisini təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. (AZƏRTAC)

Oxşar xəbərlər