Tədbirdə çıxış edən Qarabağ Universitetinin Elm şöbəsinin müdiri Elçin İbrahimov Türk xalqlarının minilliklər boyunca ortaq tarix, dil, mədəniyyət və ənənələrə əsaslanan güclü mənəvi dəyərlər sistemi formalaşdırdığını bildirib. Qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya proseslərinin dərinləşdirilməsi ortaq gələcəyimizin təminatıdır və Qarabağın azadlığı, yenidən qurulması bu prosesin həm strateji, həm də simvolik dayağına çevrilib.
Tədbirin bədii hissəsində İncəsənət və Pedaqoji fakültələrinin müəllim-tələbə heyəti tərəfindən milli musiqi kompozisiyası üzərində hazırlanmış konsert proqramı təqdim edilib. (AZƏRTAC)