Laboratoriya ISO17025 standartının tələblərinə uyğun Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) tərəfindən dövlət akkreditasiyasına təqdim edilmişdir. Eyni zamanda, bu akkreditasiya laboratoriyanın Asia Pacific Accreditation Cooperation (APAC) və International Laboratory Accreditation Cooperation (ILAC) çərçivəsində beynəlxalq tanınmasını təmin edəcəkdir. Laboratoriya beynəlxalq standartlara uyğun ən son tələblərə cavab verən müasir avadanlıqlarla təchiz olunub. Buraya siqaret çəkmə maşını, qaz xromatoqrafı və digər yüksək dəqiqlikli ölçmə cihazları daxildir.
Yeni laboratoriyanın istifadəyə verilməsi həm yerli bazar üçün istehsal olunan, həm də ölkə xaricinə ixrac olunan məhsulların qlobal keyfiyyət meyararlarına uyğunluğunun yoxlanılması və təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Məlumat üçün bildirək ki, “Tabaterra” MMC, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti rezidenti olaraq, Ağdam şəhərində fəaliyyət göstərir.
Qeyri-neft sektorunda “vergi rekordçusu” statusuna layiq görülən “Tabaterra” MMC öz məhsulları ilə yanaşı, beynəlxalq əməkdaşlıq çərçivəsində dünya miqyaslı tanınmış şirkətlərə məxsus beynəlxalq brendlərin lisenziya əsasında istehsalını və ixracını həyata keçirir.
British American Tobacco (BAT), dünyanın 180-dən çox bazarında fəaliyyət göstərən qlobal, multi-kateqoriyalı istehlak malları şirkətidir və portfelinə yalnız yetkin istehlakçılar üçün istehsal olunan az riskli məhsullar və ənənəvi tütün məmulatları, o cümlədən beynəlxalq səviyyədə tanınmış “Dunhill”, “Kent”, və “Pall Mall” brendləri də daxildir.
BAT Şirkətlər Qrupunun təşəbbüsü ilə yaradılan Omni™ toplusu, tütün və nikotin sektorunda innovasiya və davamlılığa yönələn, elmi tədqiqatları və fikir mübadiləsini birləşdirən rəqəmsal resursdur. (Trend)
Ətraflı məlumat üçün: https://www.asmokelessworld.com