23.06.2025, 01:27
AZ EN
16.05.2024, 15:49 542

Ağdam şəhərinin daxili yollarının tikintisi sürətlə aparılır

QARABAĞ
  • Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağdam şəhərinin daxili yollarının tikintisi layihəsi sürətlə və keyfiyyətlə icra olunur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş Ağdam şəhərini baş planına əsasən şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 kilometr təşkil edir. Şəhərin daxil yol və kommunikasiya şəbəkəsinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə qoyulub.

Ağdam şəhərinin daxili yollarının 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub. Hər bir tip en kəsiyinin əhəmiyyətinə uyğun olaraq hərəkət zolaqlarının sayı 2-8 ədəd, yaşıllıq zolağının eni 1,5-3 metr, velosiped zolağının eni 1,5 metr, piyada  zolağının eni isə 4-6 metr təşkil edir. Layihə üzrə magistral şəhər yollarının uzunluğu 17,5 kilometrdir. Eni 55-60 metr təşkil edəcək bu yollar 6-8 hərəkət zolağından ibarət olacaq. Ümumşəhər əhəmiyyətli yolların uzunluğu 50, yerli əhəmiyyətli yolların ümumi uzunluğu 122,2 kilometr təşkil edəcək.

Qeyd edək ki, hazırda tikinti işləri birinci mərhələdə uzunluğu 58,7 kilometr təşkil edən hissə üzrə aparılır. Bu çərçivədə hazırda sözügedən hissədə tikinti sahəsinin təmizlənməsi, bitki qatının çıxarılması, qazma torpaq yatğı və kommunikasiya xətlərinin tikintisi işləri həyata keçirilir. Qeyd edilən hissə üzrə fiziki tərəqqi ümumilikdə 20 faiz təşkil edir. Tikinti işləri inşaat norma və qaydalarına uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir. Böyük Qayıdışa, I Dövlət Proqramına uyğun olaraq Ağdam şəhərinin daxili yollarının tikintisi  2026-cı ildə başa çatdırılması nəzərdə tutulur.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər