Bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.
"Bundan sonra qısa müddətdə biz ilk olaraq 400-ə yaxın ailənin Şuşaya köçürülməsini təmin edəcəyik. Amma gələn il daha 17 binadan ibarət yaşayış kompleksinin inşasına başlanılacaq. Prosesin qısa müddətdə yekunlaşmasına çalışacayıq", - deyə o qeyd edib. (Report)