08.06.2025, 12:47
AZ EN
27.05.2025, 11:42 234

Sveta Əsgərova: "Başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla, bütün əsgərlərimizə borcluyuq"

QARABAĞ
  • Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə köçürülən vətəndaşlarımızdan biri də Sveta Əsgərovadır. Dövlət Məşğulluq Agentliyinə müraciət edən və dəstək alan Sveta xanım Xankəndi şəhərində müəllim kimi çalışaraq dərzilik sahəsindəki təcrübəsini paylaşır.

Sveta xanım deyir ki, mən bu məhlədə böyümüşəm. Bu evdə çox gözəl xatirələrimiz olub, uşaqlığımız, cavanlığımız burda keçib. Buranın hər bir daşı, hər bir qapısı bizim üçün əzizdir, doğmadır: 

"Bu ev bizə 1978-ci ildə verilib.  O vaxta qədər biz şəhərin aşağısında, polislərin idarəsi var idi, onunla üzbəüz olan iki otaqlı evdə yaşayırdıq. 6 nəfər uşaq, atam, anam. Atam o vaxt növbədə idi, növbəsi çatmışdı, amma ev vermirdilər. Nədir ki, atam yunandı, anam azərbaycanlı.

1978-ci ildən əvvəl Ulu Öndər Heydər Əliyev də Xankəndinə gəlmişdi. O vaxt atam onunla idarədəmi, bilmirəm, atam o vaxt danışırdı ki, görüşüblər. Atam yaxınlaşıb Heydər Əliyevə, deyib ki, məni burda nəsə sıxışdırırlar, ev vermirlər. 6 uşaqla iki otaqlı evdə qalmışıq. Ondan sonra orda sərəncam veribdi ki, bu adamı evlə təmin edin. Aradan az bir müddət keçmiş bizi evlə təmin etdilər. 4 otaqlı böyük, qəşəng ev idi. Burda hamımız rahat yaşadıq. Biz həmişə Ulu Öndərə dua edirdik. İndi də Prezident İlham Əliyevə dua edirik. Onun hər çıxışını televizorda həyacanla gözləyirdik ki, Xankəndi ilə əlaqədar bizə nə xəbər verəcək. O anı sevinclə gözləyirdik ki, Xankəndi də alınsın. Xankəndi də alındı. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin.

İlham Əliyev birinci dəfə burda danışanda, Azərbaycan bayrağını o meydanda görəndə, biz necə həyacan keçirdik, onu bir Allah bilir. O hissi ən çox Xankəndililər keçirdib, onlar bilir.

Həyatımızda sevincli günlərimiz çox olub. Amma Zəfər paradı burda keçiriləndə, bəlkə də, hiss etməyəcəyimiz dəhşətli dərəcədə sevinc hissi keçirdik. Prezidentimiz burda bayrağı qaldıranda, axır ki, öz bayrağımızı burda görməyimizə çox sevindik. Uzun illər yuxularda gördürümüz şəhərdə bu gün rahat dayanır, rahat gəziriksə, haranı istəyirik gedib oraları görürüksə, bizim üçün burdan gözəl heç bir şey ola bilməz. Buna görə də biz başda Müzəffər Ali Baş Komandanımız İlham Əliyev olmaqla, bütün əsgərlırimizə borcluyuq. Həmişə bayrağımız yüksəklərdə olsun! Prezidentimizin səsi həmişə yüksəklərdən gəlsin! O vaxtlar Heydər Əliyev bizə ev vermişdisə, biz burda rahat yaşamışdıqsa, 36 ildən sonra Prezidentimiz də bizi bura gətirdi. İndi biz burda işləyirik. Burda bu quruculuq işlərini görürük.

Mənim Bakıda özümün eteliyem var, evimizin altındadır. İşləyirdim orda. Xankəndi alınandan sonra Dövlət Məşğulluq Agenliyinə müraciət elədim. Qədir müəllim mənə deyəndən sonra mən bütün sənədləri ona göndərdim, dedilər ki, sizi müsabiqəyə çağıracaqlar. Məni ora çağırdılar getdim, Samirə xanım dedi ki, sizi Xankəndinə müəllimə kimi göndərəcəyik, orda işləyəcəksiniz. Ondan sonra gəldim bura. O qədər sevinir, qürur duyuram ki...

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər