Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Qarabağ iqtisadi rayonuna daxil olan bütün rayonlarda maddi-mədəniyyət nümunələri – abidələrin təhlükəsizliyi, mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir.
Qeyd olunan ərazidə abidələrin mühafizəsi fasiləsiz olaraq diqqətdə saxlanılır. (Report)