06.07.2025, 13:07
AZ EN
25.11.2024, 13:11 296

Qarabağ Universitetində maarifləndirici təlim keçirilib

QARABAĞ
  • Qarabağ Universitetinin Mükəmməllik Mərkəzinin təşkilatçılığı ilə universitetin keyfiyyət təminatı və strateji inkişaf şöbəsinin müdiri Heydər Rzayev tərəfindən tələbələr üçün “Layihələrin yazılması və idarə edilməsi” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimdə iştirakçılara layihələrin planlaşdırılması, icrası və idarə edilməsi ilə bağlı əsas biliklər, qrant layihələrinin yazılması, təqdimat hazırlanması və diqqət edilməli məqamlar, eləcə də layihə büdcələrinin formalaşdırılması mövzusunda ətraflı məlumat təqdim olunub.

Təlimin keçirilməsində məqsəd tələbələrin strateji idarəetmə bacarıqlarının artırılması və layihə menecmenti sahəsində inkişaf etmək istəyən gənclərə dəstək olmaqdır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər