08.06.2025, 05:37
AZ EN
13.03.2024, 20:50 301

"Qarabağ"ın qapıçısı: Sabah bizi maraqlı və gözəl oyun gözləyir

XƏBƏRLƏR
  • Sabah bizi maraqlı və gözəl oyun gözləyir. Çünki növbəti mərhələyə vəsiqə qazana bilərik.

Bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov Almaniyada "Bayer 04" komandasına qarşı keçirəcəkləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Rusiyalı qolkiper şansların bərabər olduğunu bildirib: "Bu, futboldur. Hər iki komandada 11 nəfər oynayır. Sabah əlimizə düşən şansdan istifadə etməyə və öz oyunumuzu sərgiləməyə çalışacağıq".

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib. (Report)

Oxşar xəbərlər