10.06.2025, 01:32
AZ EN
26.05.2023, 10:30 321

Paşinyan yenə susduruldu

XƏBƏRLƏR
  • Bütün görüşlərdə Azərbaycanın əleyhinə reallığı əks etdirməyən nəsə demək Paşinyanın hobbisinə çevrilib. Mayın 25-də iqtisadi, ticari məsələlər barədə müzakirələr aparıldığı halda özünün əsassız çıxışı ilə Azərbaycanı təqsirləndirməyə cəhd edən erməni baş nazirin cənab İlham Əliyevin arqumentləri qarşısında miskin görkəm alması erməni mətbuatında da özünə yer alıb. Bildirilir ki, Nikol Paşinyan bu dəfə də Azərbaycan Prezidentinin yanında dərsini hazırlamayan şagird görkəminə düşdü.

Xankəndi və İrəvanda oturub beynəlxalq məsələləri "müzakirə etməkdən ustalaşan" revanşçıların Paşinyanın komandasının ünvanına növbəti tənqidlər ünvanlanması isə müxbir Lusine Şahverdiyanın vurğuladığı kimi, arabanı yerindən tərpətməyəcək.

N.Qaramanlı

Oxşar xəbərlər