21.11.2024, 20:29
AZ EN
17.09.2024, 09:54 248

Erməni keşiş Paşinyanı devirmək istəyir

XƏBƏRLƏR
  • Ermənistandakı etiraz hərəkatının lideri, keşiş Baqrat Srbazan ötən gün parlament müxalifəti ilə görüş keçirib. O, parlamentin binasında “Hayastan” və “Şərəfim var” fraksiyaları ilə görüşüb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Joğovurd" qəzetinin yazdığına görə, Baqratla müxalifət arasında görüş iki saata yaxın davam edib. "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyanın parlament binasındakı ofisində keçirilən görüşün təşəbbüskarı etirazçı keşiş Baqrat Srbazan olub.

Bildirilir ki, Srbazan Baqrat bundan əvvəl bir neçə dəfə fraksiya üzvləri ilə parlamentin binasında görüşməyə cəhd etsəd də, alınmayıb. İndi isə ilk dəfə olaraq parlament binasında müxalifətçi deputatlarla görüş keçirməyə nail olub. Qəzet öz mənbələrinə istinadən yazır ki, görüşün gündəliyinə sentyabrın 22-də keçiriləcək toplantı və Nikol Paşinyanın ictimai təzyiqlə hakimiyyətdən uzaqlaşdırılması məsələsi daxildir. Baqrat toplantıdan gözləntiləri ilə bağlı fikirlərini təqdim edib.

"Baqrat və müxalifət partiyaları bir daha təsdiq etdilər ki, hərəkatın və mübarizənin açarı ictimaiyyət arasında geniş konsolidasiyanı təmin etməkdir”, - qəzet yazır.

"Joğovurd" qəzeti etiraz hərəkatının liderinin bundan əvvəl eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyanla görüşdüyünə də diqqət çəkir. Qeyd edilir ki, keşiş Baqrat Srbazan sentyabrın 22-də İrəvan idman-konsert kompleksində böyük toplantı keçirməyə hazırlaşır.

Elxan SALAHOV

Oxşar xəbərlər