13.03.2025, 08:54
AZ EN
20.06.2023, 13:49 443

Avropa İttifaqının səfiri niyə arxa qapıdan girib?

XƏBƏRLƏR

"Hraparak" xəbər verir ki, Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorin, Avropa Şurasının təhlükəsizlik və müdafiə alt komitəsinin sədri Natali Luazon və digər nümayəndələri Ermənistan parlamentində baş nazir Nikol Paşinyanın 44 günlük müharibə ilə bağlı istintaq komissiyasına verdiyi izahatı yerində dinləmək üzün parlamentə gəliblər. Onlar həm də hakim "Vətəndaş müqaviləsi" fraksiyasının üzvləri ilə görüşəcəklər. Agentlik əlavə edib ki, səfirin və digər xarici diplomatların parlament binasına arxa qapıdan daxil olmalarının səbəbi, nədənsə, açıqlanmayıb. Bəzi mənbələrə görə onlar jurnalistlərlə qarşılaşmaq istəmədikləri üçün binaya arxa qapıdan daxil olmaq istədiklərini öncədən bildirmişlər.

Nəsib

Oxşar xəbərlər