Sonda qeyd olunub ki, Bilik həftəsi adlanan bu tədbirdə məqsəd təkcə məktəbliləri, tələbələri deyil, həm də müxtəlif yaşda olan insanların elmə marağını artırmaqdır. İlk baxışda humanitar məzmunlu görünən xəbərdə erməni lovğalığı bir daha aydın görünür. Belə ki, guya bu tədbir bölgədə bir ilkdir və beynəlxalq təşkilatların nümayəndələri təşəbbüsü alqışlayırlar. Xatırladaq ki, elmlə bağlı tədbirlər Azərbaycanda və qonşu Gürcüstanda dəfələrlə və uğurla həyata keçirilib.
Nəsib Qaramanlı