11.11.2024, 19:04
AZ EN
01.02.2024, 09:28 274

Ermənistan hakimiyyəti cinsi azlıqları himayəyə götürür

XƏBƏRLƏR
  • Ermənistandakı hakim "Vətəndaş müqaviləsi" partiyasının üç qadın deputatı - Zaruhi Tatoyan, Sona Qazaryan və Covinar Vartanyan parlamentə "Ailədə zorakılığın ləğvi, ailədə zorakılığa məruz qalanların müdafiəsi və ailə həmrəyliyi haqqında" qanunda əlavə və dəyişikliklər üçün layihə təqdim ediblər.

"Hraparak" yazır ki, hakimiyyətdə olan sorosçular ailə məsələlərini bəhanə edərək milli-mənəvi dəyərləri sıradan çıxarmaq istəyindədirlər. Layihədə sözügedən eynicinslilərin bir-biri ilə ailə qurmasını qəbuledilməz adlandıran nəşr belə olacağı təqdirdə cəmiyyətdəki eybəcərliklərin, o cümlədən cinayətlərin daha da artacağını vurğulayıb.

Görünür, ermənilər sözügedən yaşam tərzi ilə himayədarları olan fransızlardan dala qalmamaq arzularını qanunla gerçəkləşdirmək istəyirlər.

N.Qaramanlı

Oxşar xəbərlər