19.12.2024, 00:08
AZ EN
10.01.2024, 09:00 300

Ermənistanda "korrupsiya piramidası" bərpa edilib

XƏBƏRLƏR
  • "Hraparak" yazıb ki, 2018-ci ildə "Qarabağ klanı"nın hakimiyyətdən uzaqlaşdırılmasında məmurların rüşvət və korrupsiya piramidası yaratması da mühüm rol oynamışdır. Belə ki, cəmiyyət belə idarəetmədən bezmişdi və Paşinyanın iqtidara gəlişindən çox şey gözləyirdi. Amma iyirmi il ərzində Koçaryan və Sarkisyan tərəfindən qurulan rüşvət və korrupsiya piramidasının sökülərək onun əvəzinə küçədən gələnlərə xidmət edən yeni piramida qurulmasına şərait yaradıldı.

Ötən ilin sonlarında antikorrupsiya komitəsi bəyan etmişdi ki, şəhərsalma komitəsinin texniki və yanğın təhlükəsizliyi nəzarəti sahəsində baş vermiş qanunsuzluğa görə 6 vəzifəli şəxs işdən çıxarılmış, onlardan 5-i barədə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda istintaq aparılır və məlum olub ki, təkcə bu sahədə deyil, digər sahələrdə də korrupsiya getdikcə dərinləşir.

Agentlik xatırladır ki, sözügedən sahəyə rəhbərlik edən Qaregin Xaçatryan baş  nazirin işçi heyətinin rəhbəri Araik Harutyunyan tərəfindən himayə olunduğuna görə məsuliyyətə cəlb edilməyib. O, korrupsiya piramidasına ötürdüyü vəsait hesabına azadlıqdadır. "Korrupsiya piramidası isə öz işini yeni formada davam etdirir",- deyə agentliyin əməkdaşı belə davam edərsə, ölkənin gələcəyinin heç də yaxşı olmayacağını vurğulayıb.

N.Qaramanlı

Oxşar xəbərlər